Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika və İntizam Komissiyası rusiyalı şahmatçı Sergey Karyakini 6 ay müddətinə yarışlardan kənarlaşdırıb.
Yenissabah.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.
Fevralın 27-də Karjakin Rusiyanın Ukraynada başladığı müharibəni dəstəkləyərək, açıq məktub dərc etmişdi. Ertəsi gün FİDE rusiyalını siyasi mövqeyini açıq elan etdiyinə görə qınamış, şahmatçıya qarşı intizam işi açmışdı. Dominos pizza
“Sergey Karjakin FİDE-nin Etik Kodeksinin 2.2.10-cu maddəsini pozmaqda təqsirli bilinib və altı ay müddətinə yarışlardan kənarlaşdırılıb, ona təşkilatın himayəsi altında keçirilən hər hansı reytinqli şahmat yarışlarında oyunçu kimi iştirak etmək qadağan edilib. Qərar elan edildiyi gündən - 21 mart 2022-ci il tarixindən qüvvəyə minir”, - məlumatda deyilir.
Karjakinin 32 yaşı var və FİDE reytinqində 18-cidir. O, 2015-ci ildə Dünya Kubokunun sahibi olub, sürətli şahmat (2012) və blits (2016) üzrə dünya çempionudur.
Telegram kanalımız