Rusiya 2025-ci ildə müharibəyə BU QƏDƏR xərcləyəcək -   ŞOK MƏBLƏĞ

saytların hazırlanması

Evə çatdırılma

Rusiya 2025-ci ildə müharibəyə BU QƏDƏR xərcləyəcək - ŞOK MƏBLƏĞ

Dünya

01 Dekabr 2024 22:00 981


Rusiya 2025-ci ildə müharibəyə təxminən 135 milyard dollar xərcləyəcək ki, bu da ölkənin ümumi büdcəsinin 41%-nə bərabərdir. 

Yenisabah.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Qeyd olunub ki, bu məbləğ ölkənin təhsil, səhiyyə, iqtisadiyyat və sosial siyasət sahələrinə ayrılan vəsaitlərdən daha böyükdür. Sezar pizza

Bu, Rusiyanın müharibəyə və hərbi xərclərə yönəltdiyi vəsaitlərin digər vacib sahələrə ayrılan büdcə ilə müqayisədə nə qədər böyük bir həcmdə olduğunu göstərir.

Bundan əlavə, Rusiya prezidentinin və onun administrasiyasının saxlanması üçün ayrılan büdcə vəsaitləri də artıb.

Belə ki, 2025-ci ildə bu xərclər 25,6% artaraq 310 milyon dollara çatacaq. Bu, prezident Vladimir Putinin və onun administrasiyasının fəaliyyətini maliyyələşdirmək üçün dövlət büdcəsindən ayrılan vəsaitin daha da artması deməkdir./ Müsavat


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!