Rusiya öz qoşunlarını Suriyadan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün Türkiyəyə müraciət edib.
Yenisabah.az CNN Türk-ə istinadla xəbər verir ki, onların Türkiyənin nəzarəti altında olan ərazilərə göndərilməsi və daha sonra hava yolu ilə Rusiyaya göndərilməsi nəzərdə tutulur.
Eyni zamanda, Rusiyanın Tartus və Xmeymimdəki bazalarını saxlamaq niyyətində olduğunu iddia olunur. Toyuqlu pizza
Suriyadakı əsas Rusiya kontingenti Latakiya şəhəri yaxınlığındakı Xmeymim aviabazasında və Aralıq dənizi sahilindəki Tartus limanındakı hərbi dəniz bazasında yerləşdirilib. Dekabrın 8-də Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bazalar “yüksək döyüş hazırlığı rejimindədir” və “indi onların təhlükəsizliyinə heç bir təhdid yoxdur”.
Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, Rusiyanın gələcək hərbi mövcudluğu məsələsini “yeni hakimiyyətlər həll edəcək”.
Telegram kanalımız