Rusiya Finlandiyaya etiraz notası göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Finlandiyaya etiraz notası göndərdi

Dünya

29 Oktyabr 2024 22:31 752


Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək Finlandiya hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyi məlumat yayıb.

Səfirlik Finlandiyadakı Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Sözügedən daşınmaz əmlak Rusiyaya məxsusdur. pizza hut

Qeyd olunur ki, səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirən nota göndərib.

Rusiya səfirliyi Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacağını gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!