“Rusiya ilə birgə regionda sülhü bərqərar edə bilərik” -   Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ilə birgə regionda sülhü bərqərar edə bilərik” - Ərdoğan

Siyasət

23 Oktyabr 2020 16:13 933


“Azərbaycan haqlı tələbini ortaya qoyur. Prezident İlham Əliyevin tələbini bir kənara qoymaq mümkün deyil. Azərbaycan deyir ki,  Ermənistan bu problemin həllində Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Rusiya nə qədər Qarabağ problemilə bağlı sülh və sabitlik istəyirsə, Türkiyə də ən azı o qədər istəyir”.

Yenisabah.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnaistlərin suallarını cavablandırarkən belə bildirib

R.T.Ərdoğan deyib ki, Türkiyə ATƏT-in Minsk qrupunün üzvü olduğu üçün məsələnin diplomatik yollarla həllində ölkəsinin yer alması mümkündür və buna görə, indiyədək Rusiya tərəfdən əks bir mövqe olduğunu eşitməyib: “Rusiyanın bu məsələdə Türkiyə ilə bağlı mənfi münasibəti haqqında açıqlamalar yoxdur. Var deyənlər, öz qənaətlərini ortaya qoyurlar. Bizim Rusiya ilə istər Suriya, istər Liviya məsələsilə bağlı ortaq fəaliyyətlərimiz var. Ümid edirik ki, Azərbaycan-Ermənistan məsələsində də müvafiq addımlar ataraq regionda sülhü bərqərar edərik”.  pizza

Türkiyə Prezidenti S-400-lərlə bağlı testlərin aparıldığını da diqqətə çatdırıb. Qeyd edib ki, Türkiyə buna görə, ABŞ-a müraciət edəcək deyildi. Onun sözlərinə görə, Türkiyə sadəcə S-400 deyil, ağır, orta, yüngül, eləcə də ABŞ-dan alınan silahları da sınaqdan keçirir: “Bundan sonra da eyni şəkildə bunu edəcəyik. Qonşuluqda Yunanıstan S-300-lə nəinki test aparır, bu silahlardan istifadə edir. Bunu Amerika onlardan soruşurmu? Yox. Ona görə ki, bu xüsusilə Rusiyaya aid silah olması onları yəqin ki narahat edir. Amma biz qərarlıyıq və yolumuza bu şəkildə davam edəcəyik”.

Türkiyə Prezidenti eyni zamanda Liviyada atəşkəsin daimi olacağına inanmadığına da mövqeyini bildirib: “Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu, gecə saat 00.00 etibarı ilə atəşkəs başlanacaq deyildi, amma buna əməl edilmədi, Ermənistan pozdu. Ümid edirəm ki, Liviyada belə olmaz”. (APA)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!