Rusiya, İran və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirlikləri və gömrük xidmətlərinin rəhbərləri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüş keçirəcəklər.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
“Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirləri və gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq”, - deyə səfir qeyd edib. pizza sifarişi
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi ilə bağlı müqavilənin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.
Telegram kanalımız