“Rusiya klublarının avrokuboklarda oynaya biləcəyinə əmin deyiləm“   - UEFA prezidenti

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya klublarının avrokuboklarda oynaya biləcəyinə əmin deyiləm“ - UEFA prezidenti

İdman

26 May 2022 14:20 960


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Rusiya klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı vəziyyətdən danışıb.

Yenisabah.az xəbər verir ki, o "Sky Sports"a açıqlamasında deyib:

“Biz hamımız əvvəlki aylardakı vəziyyəti düzgün qiymətləndirmirdik. Heç kimin ağlına belə gəlməzdi ki, belə bir münaqişə yaranacaq. Başlayanda hamımız bunun bir neçə həftə davam edəcəyini düşündük. Ona görə də bundan sonra nə olacağını indidən proqnozlaşdırmaq çox çətindir. Rusiya klublarının yenidən avrokuboklarda çıxış edə biləcəyinə əmin deyiləm. Biz isə əlimizdən gələni edəcəyik ki, Ukrayna klubları öz turnirlərində oynaya bilsinlər. Mən bunu artıq bir neçə dəfə demişəm: bütün ukraynalı və rusiyalı idmançılar üçün çox təəssüflənirəm, çünki onlar, xüsusən də rusiyalı futbolçular münaqişənin vurduğu ziyanı hiss edirlər”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!