Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağ haqda yenilik

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağ haqda yenilik

Siyasət

13 Noyabr 2020 11:31 5537


Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında "Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti" adlı xüsusi bölmə yaradılıb. 

Yenisabah.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yeni bölmədə müvafiq xəbərlər və multimediya materialları, infoqrafik məlumatlar, habelə Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin bölgədə sülhməramlı əməliyyatın aparılması ilə bağlı brifinqlər tirajlanacaq.

Sayt ziyarətçiləri Laçın dəhlizi ərazisindəki Rusiya müşahidə postlarının yerləşdiyi xəritələrə baxa, Qarabağ ərazisindəki vəziyyətlə tanış ola biləcəklər. Toyuqlu pizza

Müdafiə Nazirliyi bölmənin Rusiya sülhməramlılarının işi və münaqişə bölgəsindəki vəziyyət barədə müvafiq xəbərlər, foto və video materiallar ilə daim yenilənəcəyini bildirir. Bölməyə mobil cihazlardan da daxil olmaq mümkün olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!