Rusiya onları İrandan təxliyə etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya onları İrandan təxliyə etdi

Dünya

28 Fevral 2026 16:52 570


Rusiya “Rosatom”un işçilərinin övladlarını, eləcə də bütün əlavə personalı və İranı tərk etmək istəyənləri təxliyə edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev bildirib.

O, “Rosatom”un İrandan təxliyə olunan əməkdaşlarının cəmi 94 nəfər olduğunu açıqlayıb. pizza hut

Lixaçev qeyd edib ki, “Rosatom” işçiləri Buşehr AES-in tikinti sahəsində və ya yaşayış məntəqəsindədirlər, bütün təhlükəsizlik tədbirləri görülür.

Onun sözlərinə görə, zərurət yaranarsa, “Rosatom” Xarici İşlər Nazirliyi ilə birlikdə dövlət korporasiyasının işçilərinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək və bu barədə Prezident Vladimir Putinə məlumat verilib: “Heç bir halda nüvə enerjisi obyektləri silahlı qüvvələr tərəfindən hədəfə alına bilməz. Buşehr AES və ya Zaporojye AES atəş meydançası və ya oyuncaq deyil”./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!