Ali Məhkəmənin LGBT hərəkatını “ekstremist ideologiya” kimi müəyyən etdikdən sonra Rusiya hakimiyyəti ötən ilin noyabr ayından seks məclislərini ("parti"lər) hədəfə almağa başlayıb.
Yenisabah.az BBC-ə istinadən xəbər verir ki, son aylar ərzində Rusiyanın müxtəlif regionlarında seks şənliklərə qarşı azı 6 reyd keçirilib.
Bu ilin fevralında Rusiya polisi paytaxtdan 1500 kilometr şərqdə yerləşən Yekaterinburqda gecə klubuna basqın edib. Klubda “Mavi məxmər” adlı seks mövzulu əyləncə gecəsi keçirilib və iştirakçılar öz şəxsiyyətlərini gizlətmək üçün maska geyiniblər. pizza sifarişi
Şənliyin təşkilatçıları BBC Rus Xidmətinə bildiriblər ki, reyddə azı 50 nəfər əməkdaşı iştirak edib, onların bəziləri Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır.
Təşkilatçılardan Stanislav Slovikovski polisin hamını maskalarını çıxarmağa məcbur və şəxsi məlumatlarını tələb etdiyini deyib:
"Onlar məndən məclisdə gey və lezbiyanların olub-olmadığını, LGBT təbliğatının olub-olmadığını soruşdular. Həmçinin, insanların narkotikdən istifadə edib-etmədiyini maraqlandılar".
Rusiya hakimiyyəti LGBT hərəkatını “ekstremist ideologiya” kimi müəyyən edən bir sıra qanunlarla 10 ildən artıqdır ki, homoseksuallığı qadağan etməyə və LGBT icmasının hüquqlarını məhdudlaşdırmağa çalışır.
2013-cü ildə Dövlət Duması "LGBT təbliğatını qadağan edən, LGBT hüquqları və bununla bağlı məsələlərlə bağlı ictimai müzakirələri məhdudlaşdıran" qanun layihəsini qəbul edib.
Ötən il isə LGBT əleyhinə daha sərt qanunlar qüvvəyə minib.
2023-cü ilin iyulunda 1997-ci ildən qanuni olan cinsiyyətin dəyişdirilməsi qadağan olunub. Parlament, həmçinin hormon terapiyasını və rəsmi sənədlərdə fərqli cinslərin göstərilməsini məhdudlaşdırıb.
Keçən ilin noyabrında Rusiya Ali Məhkəməsi LGBT hərəkatını “ekstremist ideologiya” adlandırıb.
LGBT hərəkatı İŞİD və "Yehovanın Şahidləri" ilə birlikdə ekstremist qruplar siyahısına əlavə edilib.
Rusiyada LGBT hərəkatını dəstəkləmək indi cinayət sayılır və 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.
BBC-ə danışan Stanislav Slovikovski basqın edilən “Mavi məxmər” şənliyinfə cinayət törətmədiyini deyib.
Stanislav Slovikovski şənlikdə erotik tamaşaların olduğunu, bəzilərində insanların iştiraka dəvət olunduğu BDSM (dominasiya, boyun əymə, sadizm və mazoxizm) elementlərinin olduğunu bildirib.
Slovikovski qonaqların cinsi əlaqədə olması üçün heç bir gözləntinin və ya təzyiqin olmadığını da bildirib.
Rusiya hakimiyyətinin seks məclislərinə qarşı təzyiqləri dekabr ayında sosial şəbəkələrdə nüfuzlu şəxs və teleaparıcı Anastasiya İvleyevanın ad günü mərasiminə qonaqlardan “demək olar ki, çılpaq” gəlmələrini xahiş etdikdən sonra gücləndi.
Sosial şəbəkələrdə elan edilən gecənin qonaqları arasında Vladimir Putinin uzunmüddətli biznes ortağı və mentoru Anatoli Sobçakın qızı Kseniya Sobçak, eləcə də estrada müğənnisi Filipp Kirkorov da daxil olmaqla bir çox məşhurlar olub.
Gələnlərin çoxu transparan, tül paltarlar və krujeva alt paltarları seçsə də, repçi Vacionun cinsiyyət orqanını örtən tək corab kimi geydiyi “kostyum” da var idi.
Hadisənin fotoları çoxlarının hiddətinə səbəb olub.
Reper Vacio xuliqanlıq ittihamı ilə 15 sutka həbs və cinsiyyət orqanına corab geyindirdiyinə görə 200 min rubl (2154 dollar) cərimə olundu.
İvleyeva da bu cür məclis təşkil etdiyinə görə 100 min rubl cərimə edildi.
Fotolar Rusiya prezidenti Vladimir Putinə göstərildikdən sonra İvleyeva və qonaqları müxtəlif problemlərlə üzləşdiklərini bildiriblər.
Tədbirə qatılan bəzi məşhurlar əvvəlcədən hazırladıqları media tədbirlərinin ləğv edildiyini və məhkəmə ilə hədələndiklərini iddia ediblər.
Seksual məclislərdə aparılan son reydlər də oxşar şəkildə inkişaf edib. “Polis gəldi, hamıya uzanmağı əmr etdi, şəxsiyyət vəsiqəsi və digər şəxsi məlumatları götürdü”- deyə, təşkilatçılar qeyd edir.
Reydlərin bir çoxu Kremlyönlü media tərəfindən işıqlandırılıb, bəzi televiziya kanalları isə iştirakçıların şəxsi məlumatlarını açıqlayıb.
"Parti" təşkilatçıları deyib ki, bəzi kişi qonaqlar Ukraynaya müharibəyə göndərilməklə hədələnib.
Onlar bunun Rusiyanın gözdağı verməsi kimi qiymətləndirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız