Rusiya Qoşulmama Beynəlxalq Hərəkatında müşahidəçi statusu almaq üçün müraciət edib.
Yenisabah.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. pizza sifarişi
Hərəkatın yaradılması ideyası 1955-ci ildə İndoneziyada Bandonq konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.
Təşkilata hazırda Azərbaycan rəhbərlik edir.
Telegram kanalımız