Rusiya qoşunlarını Ukrayna sərhədindən çəkir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qoşunlarını Ukrayna sərhədindən çəkir

Dünya

22 Aprel 2021 17:29 630


Rusiya müdafiə Naziri Sergey Şoyqu Cənubi və Qərb hərbi dairələrinin qoşunlarının ani yoxlanışının tamamlandığını elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

“Ani yoxlanışın məqsədlərinə tam şəkildə nail olunduğuna inanıram. Qoşunlar ölkənin etibarlı müdafiəsini təmin etmək qabiliyyətini nümayiş etdirdi. Bununla əlaqədar olaraq Cənubi və Qərbi hərbi bölgələrdə yoxlama fəaliyyətlərini tamamlamaq qərarını verdim”,- deyə Şoyqunun açıqlamasında qeyd olunub. pizza mizza

Bundan əlavə, Rusiya müdafiə naziri Baş Qərargah, hərbi bölgə komandirlərinə və Hava- Desant Qüvvələrinə aprelin 23-dən etibarən qoşunların daimi yerləşdirmə məntəqələrinə qaytarılmasına başlamağı, ətraflı təhlil aparmağı və ani yoxlanış nəticələrinin icmalını tərtib etməyi tapşırıb.

Qeyd edək ki, daha əvvəl rəsmi Kiyev Donbassda gərginliyin artması fonunda Rusiya qoşunlarının Şərqi Ukrayna sərhədi boyunca cəmləşməsindən narahatlığını bildirmişdi.

Rəsmi Kreml isə cavabında Moskvanın qonşu dövlətləri təhdid etmədiyini qeyd edərək, öz ərazisi boyu hərbi hissələrin yerdəyişməsini həyata keçirmək hüququnu özündə saxladığını bildirmişdi. (qafqazinfo)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!