Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan izahat üçün İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının Tehrandakı səfirindən səfirliyin "Tvitter" hesabından yayımlanan fotoya və qeydə izahat verməsi istənilib.
Nazirliyin Avrasiya işləri üzrə şöbəsində diplomat fotonun yayımlama niyyətinin İkinci Dünya müharibəsi əsnasında Rusiyanın İngiltərə (və ABŞ-la) birlikdə nasist ordusuna qarşı ittifaqını xatırlatdığını və fotonun arxasında İran əleyhinə heç bir məqsədin olmadığını bildirib. pizza sifarişi
Rusiya səfiri İranla Rusiya arasındakı strateji əlaqələri, iki ölkənin dərin dostluq əlaqələrini vurğulayaraq bildirib: "Bu fotoşəklin yayılmasının İran vətənpərvər xalqı arasında anlaşılmazlığa və qəzəbə səbəb olmasına təəssüflənirəm".
İran XİN-in səlahiyyətliləri İranla Rusiya arasındakı dostluq əlaqələrini vurğulayaraq, bu fotoşəkilin dərc edilməsinin, hətta bildirilən niyyətlə olsa belə, məqbul olmadığını, ev sahibi ölkənin tarixi, siyasi və mədəni tələblərinə zidliyini çatdırıblar.
Səfirin bildirilib ki, paylaşımla İran xalqının milli qüruru zədələnib.
Telegram kanalımız