“Rusiya “Taliban”ı tanımağa tələsmir” – Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya “Taliban”ı tanımağa tələsmir” – Lavrov

Dünya

17 Avqust 2021 17:06 838


“Rusiya Əfqanıstanda “Taliban”ın hakimiyyətini tanımağa tələsmir”. 

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov əlavə edib: "Bütün digər ölkələr kimi yeni rejimi tanınmağa tələsmirik. Dünən Çin Xalq Respublikasının xarici işlər naziri Vanq İ ilə danışdım. Eyni mövqelərdəyik". Sezar pizza

Nazir eyni zamanda, Rusiyanın Əfqanıstanda vəziyyətin inkişafı ilə bağlı “Taliban” tərəfindən müsbət siqnallar aldığını diqqət çəkib. "Digər siyasi qüvvələrin iştirakı ilə hökumət qurmaq istədiklərini bildirən, təhsillə, qızların təhsilə və ümumiyyətlə, dövlət aparatının işləməsini davam etdirməyə hazır olduqlarını bildirən “Taliban”dan cəsarətləndirici siqnallar görürük. Xüsusən əvvəlki prezident Əşrəf Qaninin hökumətində işləyən məmurların yolunu bağlamadan”.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Rusiya “Taliban” hərəkatının Əfqanıstan siyasi qüvvələrinin liderləri ilə dialoqunun ölkədə hakimiyyətin inklüziv keçid strukturlarının formalaşması ilə sona çatacağına ümid edir. "Hazırda bir “Taliban” nümayəndəsi ilə söhbət gedir. Çox ümid edirəm ki, həmin söhbət, əfqanların dedikləri kimi, keçid strukturlarını əhatə edən bu əzabkeş ölkədə vəziyyətin tam normallaşması yolunda atılan əhəmiyyətli bir razılaşma ilə sona çatacaq".

Lavrov əlavə edib: "Əfqanıstanda bütün siyasi və etno-konfessional qüvvələrin iştirakı ilə əhatəli milli dialoqun başlamasını dəstəkləyirik".

Nazirin sözlərinə görə, vəziyyət sabitdir və “Taliban” bütövlükdə ölkədə asayişi və əmin-amanlığı effektiv şəkildə təmin edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!