Rusiya tankçıları Əfqanıstanla sərhədə toplaşdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya tankçıları Əfqanıstanla sərhədə toplaşdı

Dünya

20 İyul 2021 14:01 905


Rusiyanın Tacikistandakı 201-ci hərbi bazasının tankçıları Lyaur poliqonundan başlanan 200 kilometrlik yolu keçərək Əfqanıstanla həmsərhəd olan “Hərb Meydan” poliqonuna çatıblar. 

Burada birgə taktiki təlimlər keçiriləcək. Bu barədə açıqlamanı Rusiyanın Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti verib.

T-72 tanklarının heyətlərinin iştirak etdikləri təlimlər 5-10 avqust tarixlərində, Rusiya, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə keçiriləcək. pizza hut

Rusiya hərbçilərinin Tacikistandakı təlimləri iyulun ortalarında Əfqanıstandakı vəziyyətin gərginləşməsi, taliblərin böyük əraziləri ələ keçirməsi fonunda başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!