Rusiya telekanlları İrəvan və Moskvanın gündəliyində

saytların hazırlanması

Evə çatdırılma

Rusiya telekanlları İrəvan və Moskvanın gündəliyində

Rəsmi

04 Dekabr 2023 13:24 1266


İrəvan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcək.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan deyib.

O bildirib: “Yüksək Texnologiyalar Sənayesi Nazirliyi iki ölkənin müvafiq idarələri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlığa dair əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin aparılması xahişi ilə Rusiya tərəfinə rəsmi müraciət edib. Ermənistan və Rusiya arasında kütləvi telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması, habelə saziş üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsləhətləşmələr dekabrın ortalarına planlaşdırılır”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!