Rusiya Telman İsmayılovun təhvil verilməsi üçün materialları Monteneqroya təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Telman İsmayılovun təhvil verilməsi üçün materialları Monteneqroya təqdim etdi

Dünya

19 Oktyabr 2021 18:49 958


Rusiyanın Podqoritsadakı səfirliyi azərbaycanlı biznesmen Telman İsmayılovun və Rusiya Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmətinin (“Rosalkoqolrequlirovanie”) sabiq rəhbəri İqor Çuyanın təhvil verilməsi üçün lazım olan materialları Monteneqro tərəfinə təqdim edib.

Yenisabah.az xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyinə səfirlikdən bildirilib.

Monteneqro Ədliyyə Nazirliyi bundan əvvəl Telman İsmayılov və İqor Çuyanın ekstradisiyası üçün Rusiyadan lazım olan sorğunu almadıqlarını, Rusiya Baş Prokurorluğu isə ekstradisiya ilə əlaqədar Monteneqro tərəfinə sorğu göndərilməsinin hazırlığına başlanıldığını açıqlamışdı. pizza

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!