Rusiya və Belarus güləşçiləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Belarus güləşçiləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

İdman

02 Mart 2022 23:11 531


Dünya Güləş Birliyi (UWW) Rusiya təmsilçilərini öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar qəbul olunub. pizza

Güləşçilərlə yanaşı, Rusiyadan olan rəsmilər də yarışlarda iştirak edə bilməyəcəklər. Bəyanatda Rusiyada keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin ləğvindən də bəhs edilir. Eyni sanksiyalar Belarus nümayəndələrinə də tətbiq olunacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!