Fransa və Avstriya yığmaları bu il Finlandiyada keçiriləcək hokkey üzrə dünya çempionatında Rusiya ilə Belarusu əvəzləyəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, Fransa Rusiyanın yerinə A qrupunda, Avstriya isə Belarusun yoxluğunda B qrupunda mübarizə aparacaq. pizza hut
Fevralın 28-də IIHF Şurası Rusiyanın böyüklər, gənclər və yeniyetmələrdən ibarət yığmalarını dünya çempionatlarından uzaqlaşdırmağı, həmçinin, 2023-cü il gənclər arasında dünya çempionatını Rusiyadan digər ölkəyə keçirməyi qərara alıb. Qəbul olunmuş qərarlar Ukraynadakı situasiyanın həll olunacağı təqdirdə ləğv oluna bilər.
Qeyd edək ki, Finlandiyadakı dünya çempionatı 13 - 29 mayda Helsinki və Tampere şəhərlərində təşkil olunacaq.
Telegram kanalımız