Rusiya və Suriya təyyarələri terrorçu mövqelərini bombaladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Suriya təyyarələri terrorçu mövqelərini bombaladı

Dünya

07 Dekabr 2024 13:41 608


Suriya Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarələr Homs əyalətində qanunsuz silahlı birləşmələrin üzvlərinin toplaşdığı yerlərə zərbələr endirib, onlarla terrorçu məhv edilib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Facebook” səhifəsində məlumat yayıb.

Məlumatda deyilir: "Həma və Homs kəndlərində fəaliyyət göstərən qüvvələrimiz terrorçuların yerləşdiyi ərazilərə və təchizat xətlərinə intensiv artilleriya və raket zərbələri endirərək, onların sıralarında itkilərə səbəb olur. Suriya və Rusiya döyüş təyyarələri Homs vilayətinin şimal-şərqində terrorçuların məskunlaşdığı yerlərə hücum edərək onlarla terrorçunu, onların maşınlarını və texnikasını məhv edib”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!