Rusiya və Türkiyə Qarabağla bağlı danışıqları bu gün davam etdirəcək

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Türkiyə Qarabağla bağlı danışıqları bu gün davam etdirəcək

Siyasət

14 Noyabr 2020 12:29 990


Rusiya və Türkiyə nümayəndələri noyabrın 14-də Ankarada Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı danışıqları davam etdirəcək.

Yenisabah.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Rusiyanın nümayəndə heyəti ilə Dağlıq Qarabağda Birgə Monitorinq Mərkəzi ilə bağlı danışıqlar bu gün də davam etdiriləcək", - "Anadolu" agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyindən sitat gətirir. Marqarita pizza

Xatırladaq ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum çərşənbə günü, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında onlayn formatda keçirilən görüşdən sonra imzalanıb. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!