Rusiya və Türkiyənin Qarabağdakı ortaq vəzifələri

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Türkiyənin Qarabağdakı ortaq vəzifələri

Siyasət

12 Noyabr 2020 15:37 1124


“Rusiya və Türkiyənin Dağlıq Qarabağda monitorinqlə bağlı ortaq vəzifələri var. Burada heç bir ikimənalılıq yoxdur. Ankara öz vəzifələrini başa düşür”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib.

“Artıq dediyim kimi Türkiyə ilə ortaq vəzifələrimiz var - texniki nəzarət vasitələri ilə Azərbaycan tərəfdən sülhməramlı əməliyyat rayonundakı obyektiv vəziyyəti izləmək. Əməliyyat yalnız Rusiya Federasiyasının silahlı qüvvələrinin kontingenti tərəfindən həyata keçirilir. Burada hansısa ikimənalılıq yoxdur. Türk tərəfdaşlarımız bunu yaxşı bilirlər”, - deyə Rusiya XİN başçısı vurğulayıb. (APA) pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!