Rusiya Federasiyası Rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin ölkədə100-ə yaxın jurnalistin koronavirusa yoluxduğunu deyib.
Yenisabah.az “Ria Novosti”yə istinadə xəbər verir ki, nazir müavini həmçinin Moskvada jurnalistlərdən birinin koronavirusdan dünyasını dəyişdiyini qeyd edib.
“Biz prosesi diqqətlə izləyirik. Əldə etdiyimiz məlumata görə, bu gün Rusiyada 100-ə yaxın jurnalistə koronavirus diaqnozu qoyulub. 500-ə yaxın insan isə karantində, yaxud özünütəcrid şəraitindədir. Təəssüf ki, bu yaxınlarda Moskvada jurnalistlərdən biri pandemiyadan dünyasını dəyişib ”, -deyə Volin bildirib. pizza sifarişi
Telegram kanalımız