Rusiyada 3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada 3 tələbə qızı öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Hadisə

03 Oktyabr 2021 21:48 1279


Rusiyanın Orenburq vilayətinin Qay şəhərində üç tələbə qızı öldürməkdə şübhəli bilinən 30 yaşlı Aleksandr Lazarev Orskda avtomobil oğurlamaq istəyərkən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən TASS-a bildirilib

Qeyd edək ki, oktyabrın 1-də Qay şəhərində binada baş verən yanğının söndürülməsi zamanı mənzildən 17, 18 və 19 yaşlarında üç qızın cəsədi tapılıb. Onlardan ikisinin meyiti kirayə qaldıqları mənzildə, üçüncü isə sonradan evin yaxınlığında aşkar olunub. Toyuqlu pizza

Araşdırma zamanı məlum olub ki, qızlar Başqırstandan Orenburqa təhsil almaq üçün gəliblər və orada kirayə qalırmışlar.

Cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının nəzarətində olduğu bildirilir.

Xatırladaq ki, A.Lazarev əvvəllər Orsk şəhərində fəaliyyət göstərən “Portağal” barının direktorunun öldürülməsinə və quldurluq maddəsinə görə 9 il 6 ay azadlıqdan məhrum edilib. Lakin vaxtında əvvəl həbsdən çıxıb. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!