Rusiyada ölüm nisbətləri koronavirus pandemiyası zamanı və Ukraynada müharibə başlayandan sonra kəskin şəkildə artmağa başlayıb.
yenisabah.az xəbər verir ki, "Rosstat"ın məlumatına görə, 2024-cü ilin birinci yarısında ölənlərin sayı illik müqayisədə 4% artaraq 921,1 min nəfərə çatıb.
Ölkədə doğulanlardan orta hesabla 1,5 dəfə çox insan ölüb və bəzi regionlarda bu boşluq 2-3 qat olub. pizza sifarişi
Nəticədə, 6 ay ərzində Rusiya əhalinin təbii azalması nəticəsində daha 272,5 min insan itirilib. Bu, 2023-cü ildə 500,3 min, 2022-ci ildə 599,6 min və son 8 ildə yığılmış cəmi 3,5 milyon itkidən sonra baş verib.
Xatırladaq ki, Britaniya kəşfiyyatının hesablamalarına görə, 2024-cü ilin sentyabrına qədər Rusiya ordusunun Ukraynadakı itkiləri 610 min nəfərə çatıb. Bu rəqəmə həm ölənlər, həm də yaralananlar daxildir.
Telegram kanalımız