Rusiyada araqdan ölənlərin sayı artıb   - Qorxunc statistika

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada araqdan ölənlərin sayı artıb - Qorxunc statistika

Dünya

12 İyun 2021 12:26 1680


Rusiyada spirtli içki istehlakı ucbatından ölümlərin sayı keçən il artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Rosstat” məlumat yayıb.

2020-ci ildə bu cür hadisələrin sayı 50.435-ə çatıb ki, bu da 2019-ci ilə nisbətən 3 min nəfər (47.427 ölüm) çoxdur. Eyni zamanda, 2019-cu ildə 2018-ci ilə nisbətən alkoqoldan ölüm nisbətinin təxminən 2% azaldığı üzə çıxıb. pizza mizza

Həmçinin, 2020-ci ildə zehni pozğunluqlar və davranış pozğunluqları ilə əlaqəli ölümlərdə 20% artım olub və 24.159-a çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2019-cu ildə Çukotka alkoqolizmin ən yüksək səviyyədə olduğu bölgəyə çevrilib. İkinci yeri Nen Muxtar Dairəsi (141.5 hadisə), üçüncü yeri isə Penza bölgəsi (123.5 hadisə) tutub. Onları Saxalin (116.6) və Maqadan (116.1) bölgələri izləyir. Koronavirus pandemiyası zamanı tətbiq olunan özünütəcrid rejimi zamanı Rusiyada alkoqol istehlakının yüzdə 2-3 nisbətində artması müşahidə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!