Rusiyada bəzi idmançılar rüşvətlə hərbi bilet alıb

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada bəzi idmançılar rüşvətlə hərbi bilet alıb

İdman

25 Avqust 2022 14:37 1136


Rusiyada bəzi idmançılar hərbi bilet almaq üçün rüşvət verib. 

"Report" xəbər verir ki, bunu xokkeyçi Ənvər Süleymanov ifadəsində təsdiqləyib.

22 yaşlı oyunçu komissarlıq əməkdaşına pul göndərdiyini, lakin bileti almadığını söyləyib. Sezar pizza

Daha əvvəl bir neçə idmançının biznesmen Farit Samiqullinə müraciət etdiyi, onun pulu Ufa şəhərinin Orconikidze və Kalinin rayonları üzrə hərbi komissar müavininə köçürdüyü bildirilib. Vasitəçi bu ilin aprelində saxlanılıb, sonrada istintaq təcridxasından ev dustaqlığına keçirilib. Onun ifadəsi sayəsində müstəntiqlər rüşvət verən xokkeyçiləri, habelə çağırış şöbəsinin rəisi Konstantin Voropayevi tapıblar.

Süleymanovdan başqa digər xokkeyçilər - Mixail Vorobyov və Vladislav Lukin də ordudan yayınmaq üçün hərbi komissarlıq əməkdaşına rüşvət verməkdə şühbəli bilinirdilər. Daha sonra Vorobyov orduda xidmətə hazır olduğunu bildirib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!