Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada hokkeyçi Ənvər Süleymanova rüşvətə görə 5 il iş kəsildi

Kriminal

05 Sentyabr 2022 10:58 942


Rusiyanın Ufa şəhərinin Lenin rayon məhkəməsi hokkeyçi Ənvər Süleymanova 5 il müddətinə şərti həbs cəzası verib. 

"Report"un məlumatına görə, cəza Süleymanovun hərbi xidmətdən yayınmaqdan ötrü rüşvət verməsi işi ilə əlaqədar kəsilib. Bu müddətin 4 ili sınaq dövrü kimi müəyyənləşdirilib. İdmançı və vəkili hökmdən şikayət etməyəcəklərini bildirib.

Qeyd edək ki, hokkeyçilər Ənvər Süleymanov, Mixail Vorobyov və Vladislav Lukin yüksək məbləğdə rüşvət verməkdə ittiham olunurlar. Onların pulu cinayət işi qaldırılmış şəxsə vasitəçi ilə köçürdükləri bildirilir. Məhkəmə iclasında Vorobyov da günahını boynuna alıb. Lukinin işi ilə bağlı iclas isə hələ başlamayıb. Dominos pizza

Cinayət əməlinin 2019-cu ildə törədildiyi bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!