Rusiyada içki məclisində qumbaranın partlaması nəticəsində bir nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada içki məclisində qumbaranın partlaması nəticəsində bir nəfər öldü

Hadisə

24 Oktyabr 2021 23:56 948


Rusiyada içki məclisində faciə baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Bryansk vilayətinin "Moskovski" mikrorayonunda olub.

4 dost ev şəraitində yeyib-içərkən dostlardan biri özü ilə gətirdiyi qumbaranı stolun üzərinə qoyub. Bu zaman partlayıcı işə düşüb. Partlayış nəticəsində dostlardan biri - 29 yaşlı kişi qəlpə yarasından hadisə yerində ölüb. pizza mizza

Rusiya İstintaq Komitəsinin regional şöbəsi tərəfindən cinayət məcəlləsinin “ehtiyatsızlıqdan insan ölümünə səbəb olma, habelə partlayıcı qurğuların qanunsuz saxlanması” maddəsi ilə cinayət işi başlanıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!