Rusiyada saxlanılan Elman Paşayevin həyat yoldaşı dindirildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada saxlanılan Elman Paşayevin həyat yoldaşı dindirildi

Dünya

30 Noyabr 2024 18:08 909


Rusiya istintaqçıları dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayevin həyat yoldaşını dindiriblər.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

"Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq işinin istintaqı çərçivəsində təqsirləndirilən şəxsin həyat yoldaşı dindirildi. Həmçinin təqsirləndirilən şəxsin mənzilində axtarış zamanı pul vəsaiti aşkar edilərək götürülüb", - deyə hüquq-mühafizə orqanlarından bildirilib. pizza sifarişi

Məlumata görə, keçmiş vəkilin mənzilindən götürülən pulun məbləği 100 000 rubldan (1 574 AZN - red.) çox deyil. Paşayevin müdafiəçiləri onun barəsində dələduzluq işi üzrə istintaq hərəkətlərini şərh etmirlər, çünki onlardan istintaq məlumatlarının yayılmaması barədə iltizam alınıb.

Xatırladaq ki, Elman Paşayev sentyabrın 17-də Moskvada saxlanılıb. Əvvəllər onu Rusiyanın yüksək cəmiyyətində tanınan Blinovski cütlüyünə qarşı dələduzluq cəhdində ittiham edirdilər. Paşayev "marafon kraliçası" Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Blinovskini inandırırdı ki, böyük məbləğ müqabilində onları qaldırılmış cinayət işi üzrə məsuliyyətdən azad edə bilər.

Bundan əlavə, Paşayevin yaralanma barədə saxta sənədlər təqdim edərək qanunsuz olaraq dövlət müavinəti ala biləcəyi barədə məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!