Rusiyada şok qərar: Çətənə və xaşxaş əkməyə icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada şok qərar: Çətənə və xaşxaş əkməyə icazə verildi

Rəsmi

11 Fevral 2020 19:23 1904


Rusiyada çətənə və yuxu xaşxaşı əkməyə icazə verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yeni baş naziri Mixail Mişustin  fərman imzalayıb.

Bu fərmana əsasən, narkotik tərkibli bitkilərdən tibbdə, sənayedə və baytarlıqda istifadə etməyə şərait yaradır. Sənəddə çətənə və xaşxaşın həcminə aid tələblər də əksini tapıb. Yəni bu bitkilərin əkilməsinə faydalı ola biləcək dərəcədə icazə verilir. Pepperoni pizza

Çox vacib nüanslardan biri də odur ki, çətənə və yuxu xaşxaşının əkilməsiylə yalnız hüquqi şəxslər məşğul ola bilər. Bu mənada narkotik asılılığı olan adamlar çox ümidlənməməlidir.

Qanun layihəsi hələ keçən il iyunun 19-da hazırlanmışdı. Çətənə və xaşxaş əkilməsi üçün xüsusi lisenziya alınmalıdır. Bundan əvvəl yalnız elm, təhsil sektorlarında narkotik tərkibli bitkilərin becərilməsinə icazə verilirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!