Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edilib.
Yenisabaha.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Prokurorluğun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub. Dominos pizza
Qusar Rayon Polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Namiq Əlistanov bu il iyulun 11-də Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb. Oktyabrın 5-də o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.
Telegram kanalımız