Rusiyada “Viber”ə məhdudiyyət qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada “Viber”ə məhdudiyyət qoyuldu

Dünya

13 Dekabr 2024 21:55 363


Rusiyada “Viber” messencerinə məhdudiyyət qoyulub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti bildirib. 

“Viber” xidmətinə giriş Rusiya qanunvericiliyinin informasiya yayımı təşkilatçılarına olan tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – qurumun teleqram kanalında diqqətə çatdırılıb. Sezar pizza

Qeyd olunub ki, bu tələblərin yerinə yetirilməsi mesencerin “terror və ekstremist məqsədlərlə istifadəsi, vətəndaşların bu məqsədlər üçün cəlb edilməsi, narkotik maddələrin satışı təhlükələrinin qarşısının alınması, həmçinin qanunsuz məlumatların yerləşdirilməsi ilə əlaqədar zəruridir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!