Rusiyada yeni səfirimiz kim olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada yeni səfirimiz kim olacaq?

Siyasət

19 Avqust 2024 11:29 568


Azərbaycanın Rusiyadakı yeni səfirinin namizədliyi hələ müəyyən edilməyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində bildirib. 

Diplomat ümidvar olduğunu bildirib ki, yeni səfir hansısa qlobal məsələlərlə məşğul olmayacaq, çünki bu gün onlar mövcud deyil.  Toyuqlu pizza

Polad Bülbüloğlu əlavə edib: “Amma iki ölkə arasında təkcə siyasi və iqtisadi məsələlər deyil, həm də mədəni, ictimai və humanitar sahələrə aid geniş gündəlik mövcuddur. Ona görə də, əlbəttə, görüləsi çox iş var. Artıq indidən öz xələfimə böyük uğurlar arzulamaq istəyirəm”. 

Rusiyanın Azərbaycanda baş konsulluğunun açılması ilə balı sualı cavablandıran Polad Bülbüloğlu qeyd edib ki, hazırda bu məsələ müzakirə olunur.(AzərTac) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!