Rusiyadakı səfirliyimiz Kamillə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadakı səfirliyimiz Kamillə bağlı məlumat yaydı

Rəsmi

21 Fevral 2024 14:27 2352


Azərbaycanın Rusiyadakı səfirliyi Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı məlumat yayıb. 

Yenisabah.az xəbər verir ki, məlumatda deyilir: 

“Bu gecə Moskvanın Domodedovo Hava Limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb. Dominos pizza

Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib. Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadır”.

Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

Hazırda Azərbaycan Respublikasının səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səylərini göstərməkdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!