“Rusiyadan bir-iki futbolçu ilə danışıq aparırıq” - Murad Musayev

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyadan bir-iki futbolçu ilə danışıq aparırıq” - Murad Musayev

İdman

17 May 2023 23:20 1048


"Rusiyada çıxış edən bir-iki futbolçu ilə danışıq aparırıq".

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, ölkəsində oyunçulara ödənilən məvacib yüksək olsa da, danışıqlar davam edir: "Hər mövqeyə oyunçu istəyirik. Ümid edirəm ki, təlim-məşq toplanışına qədər əsas futbolçuları transfer edə biləcəyik. Azərbaycana keyfiyyətli oyunçu gətirmək çətindir". pizza hut

O, müqavilə ilə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına məxsus olan Aleksey Kaşuku saxlamaq istədiklərini söyləyib: "Ola bilər ki, klubu onu geri qaytarsın. Bu məsələdə hələ yenilik yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!