Rusiyadan Ermənistana zərbə: Mallar geri qaytarıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Ermənistana zərbə: Mallar geri qaytarıldı

İqtisadiyyat

24 Avqust 2025 08:46 2453


Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan sosial media hesabında paylaşım edib.

D.Qarnik bildirib ki, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır. Marqarita pizza

Onun sözlərinə görə, sürücülər keçidə icazə verilməməsinə "fitosanitar problemlər"in səbəb göstərildiyini deyiblər.

Deputat digər yüklərlə, xüsusilə tikinti materialları ilə olan avtomobillərin də ciddi yoxlamaya məruz qaldığını bildirib.

D.Qarnik vurğulayıb ki, hakimiyyət hadisəyə adekvat reaksiya verməyib və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!