Rusiyadan Türkiyəyə uçan təyyarədə TƏŞVİŞ YARANDI

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan Türkiyəyə uçan təyyarədə TƏŞVİŞ YARANDI

Dünya

26 Fevral 2026 00:50 412


Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin Yekaterinburq-İstanbul reysini yerinə yetirən təyyarədə qeyri-adi insident baş verib.

"Yeni Sabah" xəbər verir ki, "Airbus A320" təyyarəsi Yekaterinburqdakı Koltsovo hava limanından havaya qalxdıqdan bir az sonra sərnişinlərdən birinin şarj cihazı ("powerbank") alovlanıb.

Ekipaj operativ müdaxilə edərək alovu söndürüb. Yüngül xəsarət alan sərnişinə ilkin tibbi yardım göstərilib. pizza hut

Hadisə uçuşun gedişinə təsir etməyib. Təyyarə İstanbul hava limanına təhlükəsiz eniş edib.

Aviaşirkət bildirib ki, ekipajın çevik və koordinasiyalı müdaxiləsi nəticəsində yanğın qısa müddətdə aradan qaldırılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!