Rusiyalı cüdoçu Azərbaycan millisində

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı cüdoçu Azərbaycan millisində

İdman

07 Sentyabr 2022 20:48 1055


Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.

23 yaşlı cüdoçu 10 – 11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində mübarizə aparacaq. Pepperoni pizza

Qeyd edək ki, Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!