Rusiyalı senator: İrəvan yalnız KTMT-yə arxalana bilər

saytların hazırlanması

Evə çatdırılma

Rusiyalı senator: İrəvan yalnız KTMT-yə arxalana bilər

Dünya

05 Dekabr 2024 16:24 394


Ermənistanın təhlükəsizliyini yalnız KTMT təmin edə bilər.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

Onun sözlərinə görə, Rusiya İrəvanla bütün fikir ayrılıqlarını həll etməyə ümid edir: Pepperoni pizza

“Mən prezidentimizin dediyi mövqeyə sadiqəm. Sadəcə olaraq görmürəm ki, KTMT-dən başqa, Ermənistanın təhlükəsizliyini xarici təhlükə zamanı kimin əvəz edə, kim təmin edə bilər”.

Cabarov ABŞ-ın İrəvan üçün yaxşı tərəfdaş ola biləcəyinə şübhə edib. O, Moskva əvəzinə Vaşinqtonla münasibətlər qurmağa çalışan Ukraynanı misal çəkib:

“Ümid edirəm ki, münasibətlərimizdə sağlam düşüncə qalib gələcək. Rusiya yaxın gələcəkdə Ermənistan xalqının yeganə həqiqi dostu olub, belədir və qalacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!