“Rusiyanı sevmirsən, Şərq meyillisən, çox gözəl, get fars dilini öyrən”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanı sevmirsən, Şərq meyillisən, çox gözəl, get fars dilini öyrən”

Sosial

19 Fevral 2025 11:32 13183


“Mənim həyatımda ən böyük uğur kimi Moskvada Kinomotoqrafiya institutunda təhsil almağımdır. Bəzən düşünürəm ki, mən ora daxil olmasaydım, məndən nə olardı? O ki qaldı türk dilinə, rus dili Azərbaycan dili üçün təhlükə deyil. Amma türk dili Azərbaycan dili üçün təhlükəlidir. Şəxsən mənim tələbəm “qəsəbə” əvəzinə “kasaba” deyir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Baku TV” efirində kinorejissor Ayaz Salayev bildirib.

O rusdilli məktəblərin bağlanmasına dair mübahisələrə münasibət bildirərkən qeyd edib ki, illərdir təhsil sahəsində Azərbaycan sektoru rus sektorundan səviyyəcə geri qalır: Toyuqlu pizza

“Rus dilinin hesabına dilimiz ayrı bir dil kimi qorunub saxlandı. Mən belə düşünürəm ki, ən az orta təhsili olan adam doğma dili səviyyəsində daha bir dil bilməlidir. Bir insanın beyninə ikinci bir dil yerləşmirsə, o görək gedib kənd təsərrüfatı ilə məşğul olsun.

Ümumiyyətlə, belə adamın şəhərdə işi yoxdur. Rusiyanı sevmirsən, Şərq meyillisən, çox gözəl. Get ərəb, fars dilini öyrən.

Niyə görə valideynlər öz uşaqlarını rus sektoruna qoyurlar? Yəni insan öz uşağına zərər vermək istəyər? Yox. Rus sektorunu bağlamaq yerinə Azərbaycan sektorunun səviyyəsini elə qaldırmaq lazımdır ki, hamı ora getsin. Amma qaldıra bilmirlər. Ancaq bağlamaq, bağlamaq! 

Bu 30-cu illərdə almanların yəhudilərlə rəqabət apara bilməyib, onların mağazalarının güzgülərini sındırmağına bənzəyir”.

Ayaz Salayavev mövzu ilə bağlı öz ailəsindən maraqlı misal da çəkib:

“Mən bura çox sərt və səmimi danışmaqdan ötrü gəlmişəm. 4 övladım var. Böyük qızımı 1991-ci ildə birinci sinifə, Azərbaycan sektoruna qoyduq. Məktəbin direktoru mənə yaxınlaşıb dedi ki, Ayaz müəllim, sizə böyük hörmətim var, bunu sizə deməyi özümə borc bilirəm ki, Azərbaycan sektoru müəllimləri çox zəifdir.

Nəticədə, sentyabrın 2-dən qızım rus sektoruna getdi. 4 övladımın hər biri rus sektorunda oxuyub, hamısı da vətənpərvərdir. 30 il ərzində Azərbaycan-rus sektoru formalaşıb. Bu artıq bizim rus dilimizdir, Rusiyanın rus dili deyil. Rusiyada 8 il yaşamışam, şovenizm nədir, çox yaxşı bilirəm”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Türk
    Rus dilini sevirsən lap yaxşı ged Rusiyada yaşa bu bizi maraqlandırmır lakin bura Türk yurdudur. Biz Azərbaycanlılar da Türkük. Türkiyə və Azərbaycan Türkcəsində heç bir fərq yoxdur sadəcə ləhcə fərqi vardır.Biz 20 yanvarda və digər hadisələrdə ruslardan aldığımız bəla bəsdir zibbiləri qalmaması üçün çalışırıq gəlib burda rus milliyətçiliyini bizim üçün müdafiə etmə.
    1 year ago
  • Türk
    Salam aleykum Allah Türkü qorusun.
    1 year ago
  • Şəmsəddin
    Mən Bakıda 1974-cü ildə azərbaycan dilində məktəbi bitirmişəm. Rusca məktəbi qurtaranların həmişə rus dilindən, o.c. -dən tarixdən,ədəbiyyatdan olan səhvlərini tutaraq üzlərinə demişəm. Məktəbdə də (45 -li məktəb) vaxtilə cox savadlı müəllimlərim olub. Hər şey insanın özündən asılıdır.
    1 year ago
  • Vasif
    Sən təsadüfən almaniyada oxusaydın almancımı olacaqdın? necəki rusiyada oxuyub ruscu olmusan azərbaycanclıqdan səndə bir iz qalmayıb amma mən rus dili ingilis dili alman fransız cin dili kimi dillərin təsildə olmasını istərəm amma azərbaycancı qalmaq şərtiylə
    1 year ago
  • Elf
    Özünüzü yormayın: "qəsəbə" də elə onun forması olan "kasaba" da Ərəb sözüdür...
    1 year ago
  • Elf
    Özünüzü yormayın: "qəsəbə" də elə onun forması olan "kasaba" da Ərəb sözüdür...
    1 year ago
  • RAHİM
    SƏN DOĞMA DİLİNƏ HÖRMƏT ETMİRSƏNSƏ ONDA GED rusiyada yaşa. NƏ. ÜÇÜN pribaltikada , Gürcüstanda. Və. ermənistanda öz SOYADLARI VAR BİZDƏ. İSƏ HƏLƏDƏ SALAYEVLƏR QALIR? SƏN TELEVİZİYADA DANIŞA DA. BİLMİRSƏN.
    1 year ago
  • Ziya
    sən get Rusiyada qal də, sənə dəxli yoxdur biz kasaba dedik nə dedik. sən get Xocalı soyqırımının 20 yanvar faciəsinin iştirakçıları və səbəbkarları ilə yaşa. Azərbaycanın sənə dəxli yoxdur.
    1 year ago
  • şahin
    Mən Sizinlə raziyam Bu gün dilimizdə bəlkə də minlərlə rus sözləri işlənir .Az miqdarda da türk sözləri .Bunların davası başqadır.Müstəmləkiçiliyi unuda bilmirlər. Qan məsələsi də var. Sabir demiş: Zaman bizi çalxalayır nəhrə kimi, Yağı yağ üstə çıxır, ayranıl ayranlıq olur.
    1 year ago
  • Şərif
    Sən rusca təhsil alıb nə, kim olmusan ki guya? Özünü nəçi sayırsan ki, bu cür rusameyillilik təbliğ etməklə?
    1 year ago
  • Novruz
    Ayaz müəllim,çox səhv fikirdir.Bizim üçün əsas AZƏRBAYCAN DİLİDİR.
    1 year ago
  • Kənan
    Ayaz müəllim Moskvada təhsil aldığı üçün heç bir filmi oskar mükafatı almayıb. Avropada təhsil alsaydı daha uğurlu olardı. O fikri ilə razıyam ki , Azərbaycan bolməsində təhsil səviyyəsini qaldırmaq lazımdır.
    1 year ago
  • Mirzə
    Mənim Türkü toprağımda rusdurağlara və ona tula olanlara yer yoxdu,Ayaz Ayaz anava soxum dayaz sən pox get sihtir rusiyaya bir daha toprağımda görmiyim səni iyrənc koppayoğlu
    1 year ago
  • Haller
    ..."qesebe" sozune "kasaba" deyilmekden qorxursan, amma "poselok" demekden qorxmursan!?...bunlar sive ve lehcedir...Turk dilinin siveleri ve lehceleri!!!...tarixini, edebiyyatini bilmirsen...sebeb rusca oxumagindir!!!...ve bura rus deyil, Turk torpagidir!!!
    1 year ago
  • Haller
    ...rusca oxumagin bellidir...ne tarixini bilirsen, ne de edebiyyatini...isgal once dille baslayir, herble bitir...ruslar terefinden daim oldugu kimi ve hele de beynlerde qalib gorunur ..rusdan qorxmursan...o isgalci ve qetller edenden...olkene neler etdiyini unudursan ve hele de teblig edirsen...sen kimsen, sen nesen ozun bilersen, men qaynagimdan turkoglu TURKEM!!!
    1 year ago
  • Orkhan Sharif
    Şovenizm yox,şovinizm!
    1 year ago