Rusiyanın “Pervı Kanal"nda ("Birinci kanal”) "Səs: Artıq uşaq deyillər" vokal şousu başlayıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, layihə “Səs: Uşaqlar” şousunun davamıdır.
Vokal yarışmasının üçüncü mövsümündə iştirakdan Azər Nəsibov 8 il sonra şouya qayıdıb.
Bu dəfə o, “Beggin” mahnısını ifa edib. A.Nəsibov şouda müğənni Polina Qaqarinanın komandasında yer alıb.
O, daha sonra Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i ifa edib.
Telegram kanalımız