Rusiyanın Suriyadakı hərbi bazaları: Aqibətləri necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Suriyadakı hərbi bazaları: Aqibətləri necə olacaq?

Dünya

09 Dekabr 2024 13:55 404


"Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən danışmaq hələ tezdir".

Yenisabah.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bazalarının Xmeymim və Tartusda saxlanılması barədə danışmaq tezdir: pizza

"Bu, Suriyaya rəhbərlik edəcək şəxslərlə müzakirə mövzusudur".

Kremlin sözçüsü qeyd edib ki, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edə biləcək şəxslərlə təmaslar qurur:

"Suriyada vəziyyət sabitləşəndən sonra Rusiya yeni hakimiyyət orqanları ilə öz ordusunun ölkədə qalmasını müzakirə etməyi planlaşdırır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!