Rusiyaya daha bir zərbə - Bu dəfə FİVB-dən

saytların hazırlanması

Evə çatdırılma

Rusiyaya daha bir zərbə - Bu dəfə FİVB-dən

İdman

01 Mart 2022 15:04 583


Kişi voleybolçular arasında dünya çempionatının yeri dəyişdirilir.

Yenisabah.az-ın məlumatına görə, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.

2022-ci ildə keçirilməli olan mundiala ev sahibliyi etmək hüququ Rusiyadan alınıb. Buna Rusiya və Ukrayna arasında müharibə səbəb olub. pizza hut

FİVB-in İnzibati Şurası yarışın bu ölkədə təşkilini qeyri-mümkün hesab edərək belə addım atıb. Rusiya Voleybol Federasiyası və çempionatın Təşkilat Komitəsi bu barədə məlumatlandırılıb.

Çempionata ev sahibliyi edəcək ölkə hələ dəqiqləşməyib. FİVB bununla bağlı axtarışlara başlayıb və mümkün variantları nəzərdən keçirəcək.

Qeyd edək ki, dünya çempionatı avqustun 26-dan sentyabrın 11-dək keçirilməli idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!