Rusların 67 faizi Putindən razıdır

saytların hazırlanması

Evə çatdırılma

Rusların 67 faizi Putindən razıdır

Dünya

29 Avqust 2019 14:03 997


Bu ay Rusiya prezidenti Vladimir Putinin işindən 67 faiz rusiyalı razılıq edib.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Levada Mərkəzinin keçirdiyi sorğunun nəticəsində qeyd olunub.

Levada Mərkəzi tərəfindən keçirilən sorğu avqustun 22-də başlayıb və bu gün nəticələr açıqlanıb. Sorğuda yaşı 18-dən yuxarı olan və 137 yaşayış məntəqəsindən olan 1608 sakin cavablandırıb.   Pepperoni pizza

Rusiya sakinlərinin 49 faizi ölkənin düzgün inkişaf yolu ilə getdiyini, 42 faizinin isə səhv yolla getdiyini düşünür.

Qeyd edək ki, İyun və iyul aylarında 66 faiz, aprel və may aylarında isə 64 faiz ölkə vətəndaşı Putinin işindən razılıq edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!