Usubovdan aqressiv reaksiya: “Xəbərim yoxdur...”

saytların hazırlanması

Evə çatdırılma

Usubovdan aqressiv reaksiya: “Xəbərim yoxdur...”

Kriminal

22 İyun 2022 17:08 39709


“Mənim xəbərim yoxdur ki, barəmdə kim nə danışır. Danışılanlara da əhəmiyyət vermirəm”. 

Bunu Gununsesi.info-ya açıqlamasında Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubov MTN polkovniki Sahib Ələkbərovun onun və sabiq baş prokuror Zakir Qaralovun həbsi tələbinə münasibətində bildirib.

Qeyd edək ki, bir sıra ağır cinayətlərə görə mühakimə olunan Sahib Ələkbərov “Bu gün mən buradayamsa, sağımda Zakir Qaralov, solumda isə Rüstəm Usubov oturmalıdır” deyə əsl günahkarların onlar olduğunu  bəyan edib. Dominos pizza

Sahib Ələkbərovun məlum bəyanatını Rüstəm Usubova xatırlatdıqda isə baş prokurorun sabiq müavini bu dəfə özünün kimliyini danıb.

Belə ki,“Siz başqa adama zəng etmisiz” deyən Usubov telefonun dəstəyini asıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!