Rüşvət alarkən tutulan sabiq məmurlara hökm oxundu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Rüşvət alarkən tutulan sabiq məmurlara hökm oxundu - Video

Kriminal

06 Dekabr 2021 14:43 927


Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin sabiq rəisi Anar Poladov, şöbənin əməkdaşları Səbuhi Rzayev və Afiq İbayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən barələrində həbs qətimkan tədbiri seçilmiş Anar Poladov və Səbuhi Rzayev hərəsi 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Toyuqlu pizza

Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Afiq İbayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!