Rüşvətxor baş həkimin məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Rüşvətxor baş həkimin məhkəməsi başladı

Kriminal

05 Noyabr 2021 10:55 1231


Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyev, müavini Zinyət İsmayılova, Afət İbrahimova və Əli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Yenisabah.az-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesə baxış iclası noyabrın 11-nə təyin edilib. Sezar pizza

Qeyd edək ki, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı vurulan maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    GÖRƏSƏN AZƏRBAYCANDA RÜŞVƏTXOR , ACGÖZ OLMAYAN BAŞ HƏKİM VƏ MƏKTƏB MÜDÜRÜ VARMI ? MƏN BİR MÜƏLLİM KİMİ EŞİRMƏMİŞƏM.
    5 years ago