“S-400”-lərin ikinci alayı tezliklə Türkiyəyə çatdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

“S-400”-lərin ikinci alayı tezliklə Türkiyəyə çatdırılacaq

Dünya

20 İyul 2021 12:14 1023


 “Rusiya və Türkiyə “S-400”-lərin təchizatı ilə bağlı danışıqları başa çatdırır”.

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu "Rosoboronexport"un baş direktoru Aleksandr Mixeyev MAKS-2021 hava şousu zamanı jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə “S-400” hava hücumundan müdafiə sistemlərinin ikinci alayının tədarükü üçün müqavilə ilə bağlı məsləhətləşmələri tamamlayır. "Artıq yekun məsləhətləşmələr aparılır, maliyyə modeli formalaşdırılıb, bu layihədə texnoloji əməkdaşlıq proqramı formalaşdırılıb, buna görə də, yaxın aylarda bu layihəni başa çatdıracağımızı gözləyirik". pizza mizza

Bu ilin aprel ayında Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Ankaranın “S-400” hava hücumundan müdafiə sistemlərinin ikinci alayının alınması ilə bağlı Moskva ilə danışıqlar apardığını elan edib.

Rusiya və Türkiyə 2017-ci ildə “S-400” alayı dəsti üçün bir müqavilə imzalayıb, onların Türkiyə çatdırılması 2019-cu ilin yaz-payızında həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!