“Saakaşvili sərhədi qanunsiz keçib“ - DİN

saytların hazırlanması

Evə çatdırılma

“Saakaşvili sərhədi qanunsiz keçib“ - DİN

Dünya

03 Oktyabr 2021 11:19 842


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili bu gün dövlət sərhədini qanunsuz keçməkdə ittiham ediləcək.

Yenisabah.az Gürcüstanın "Birinci Kanal"ına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Hazırda Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq prezidentə bu gün ittihamla bağlı rəsmi məlumat veriləcək. Dominos pizza

DİN-in məlumatında qeyd olunub ki, iş üzrə bütün zəruri istintaq tədbirləri görülür.

Xatırladaq ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisinin Kvişxeti küçəsində qaldığı mənzildə həbs edilib.

Bundan əvvəl sabiq Prezident haqqında Valeri Gelaşviliyə fiziki hücumda təqsirli bilinərək 6 il, həmçinin vəzifə səlahiyyətindən sui-istifadə maddəsi ilə 2 il 3 ay müddətinə həbs qərarı verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!